Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Probasiya şöbəsinin keçmiş rəisi və eks-icra məmuruna hökm oxundu
Qusar Rayon Məhkəməsində mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Hafiz Bədəlov (soyadı şərtidir) və Elçin Məmmədovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Hafiz Bədəlov 4 000 manat və Elçin Məmmədov isə 5 500 manat cərimə ediliblər. Onlar zərərçəkmiş şəxslərlə barışdıqlarına, həmin şəxslərə dəymiş ziyanı tamamilə ödədiklərinə, cinayət nəticəsində vurulmuş ziyanın dövlət büdcəsinə ödədiklərinə görə, dələduzluq və mənimsəmə maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibi, həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən, xitam verilməsi, cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınıb.
İttihama görə, Hafiz Bədəlov Ədliyyə Nazirliyinin Qusar Rayon İcra və Probasiya Şöbəsinin probasiya üzrə böyük icra məmuru vəzifəsində çalışıb. Sonra o öz arzusu ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilib. Lakin buna baxmayaraq, Hafiz sonradan Qusar Rayon İcra və Probasiya Şöbəsinə qeyri-rəsmi, daha sonra isə könüllü işçi kimi cəlb olunub. Elçin Məmmədov isə Qusar Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4, 32.5, 308.2, 310, 32.5, 313, 320.1-ci maddələri ilə ittiham irəli sürülüb.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
- Hotellərimiz niyə boş qalır?
- "Oleq Bakinski"nin məhkəməsi: Prokuror vəsatəti əsassız hesab etdi
- İsmayıllıda sosial şəbəkədə dələduzluq edən şəxs tutulub
- Gəlinini doğrayanı azadlığa buraxdıracağını deyən sabiq vəzifəli şəxslə bağlı QƏRAR