Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Qəbələ rayon sakinləri qanunsuz olaraq saxladıqları silahları polisə təhvil veriblər](https://images.oxu.az/2025/01/09/RwEobv1FrqiJj6C00QuuNS7BzMKovmqJ2UtlKJ9Z:1200.jpg)
Qəbələ rayon sakinləri qanunsuz olaraq saxladıqları silahları polisə təhvil veriblər
Polis əməkdaşlarının vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə həyata keçirdiyi profilaktik tədbirlər davam etdirilir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri tədbirlərlə rayon sakinləri qanunsuz olaraq saxladıqları 3 ədəd ov tüfəngini, "Kalaşnikov" markalı avtomatı və patronları könüllü olaraq polisə təhvil veriblər.
""Kalaşnikov" avtomatı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər