Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: "Səhər durdum gördüm ölüb"
Ötən ilin oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət almasına, 1987-ci il təvəllüdlü qızı Nərminə Vəliyevanın isə ölümünə səbəb olan şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, həmin gün 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə zəminində qonşusu Marina Çabanovanı döyərək xəsarət yetirib, qızı Nərminə Vəliyevanı başından yumruqla vuraraq öldürüb.
Sayruz Səttarov məhkəmədə qonşuları ilə aralarında söz-söhbət olduğunu desə də, zərərçəkmiş şəxsləri döymədiyini iddia edib. Amma təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə bildirib ki, axşam saat 22:00-da marketdən bazarlıq etmək məqsədilə evdən çıxarkən qonşuluqda yaşayan Marina və Nərminənin həyətdə dayandığını görüb, onlardan evinə nəzarət etmələrini xahiş edib. Buna səbəb o olub ki, təqsirləndirilən şəxsin mənzilinin qapısı olmayıb. Nərminə və Marina onunla razılaşıb. O, marketə gedib, lakin evə sərxoş vəziyyətdə qayıdıb. Mənzilə daxil olarkən televizor və iki ədəd modemin yerində olmadığını görüb. Bu səbəbdən əsəbiləşərək qapısı kilidli olmayan Marinanın yaşadığı evə daxil olub və qadına "niyə burada oturmusan, çöldə deyilsən, əşyalarımı oğurlayıblar. Sənə demədim ki, evimə göz-qulaq ol", deyib.
Marina isə cavabında "rədd ol" deyərək, onu qovub. Seyruz da əsəbiləşərək, Marinanın üz nahiyəsinə sağ əli ilə yumruq vurub və qadın yıxılıb. Bundan sonra Nərminənin başından yumruqla vurub və heç nə olmamış kimi evinə gedərək, yatıb.
Növbəti gün səhər saatlarında Marinanın səsinə çölə çıxıb və qızın öldüyünü bilib.
Məhkəmənin qərarı ilə Sayruz Səttarov Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 11 il 6 ay azadlıqdan məhrum edilib.
Rəylər