“Aztelekom” MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov və “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov azadlığa buraxılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində həmin şəxslərə hökm oxunub. Məhkəmə hökmü ilə onların barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza təyin edilib və hər iki şəxs azadlığa buraxılıb.
Qeyd edək ki, onlar mənimsəmə və digər cinayətlərdə ittiham olunurdular.
Cəlil Cəfərov “Rabitə” klubunun prezidenti idi.
A.M.