Rusiyanın Moskva şəhərinin Domodedovo qəsəbəsində kafenin girişində qətl törədilib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, dünən axşam saat 23:00 radələrində Domodedovo mərkəzi şəhər xəstəxanasına 28 yaşlı Azərbaycan vətəndaşı gətirilib.
Onun sinəsində yara olub. Tezliklə kişi aldığı xəsarətdən dünyasını dəyişib.
Şahidlər artıq müəyyənləşdiriblər ki, zərərçəkmiş öz iki yoldaşı ilə birgə kafedən çıxıb, bundan sonra naməlum şəxs ona odlu silahdan atəş açıb və hadisə yerindən qaçıb.
Daha sonra zərərçəkmişin yaxınları dərhal onu maşına yerləşdirərək xəstəxanaya aparıblar.
Hadisə yerinə baxış zamanı bir güllə aşkarlanaraq götürülüb.
Qətllə bağlı cinayət işi qaldırılıb.
www.oxu.az