Martın 15-də Sankt-Peterburqda səhər 5-in yarısında Trefolev küçəsində 11 saylı evdə yerləşən “Rif” kafesinin yaxınlığında işsiz gürcü 28 yaşlı azərbaycanlı satıcı ilə mübahisə zamanı müəyyən olunmamış silahdan kafenin şüşələrinə atəş açaraq hadisə yerindən qaçıb.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, zərərçəkənin ifadələrinə əsasən, polis gürcünü saxlayıb.
Gecə vaxtı kafe ticarət obyekti kimi fəaliyyət göstərir. Gürcü alkoqollu içki almaq istəyib, lakin azərbaycanlı ona bu içkini satmaqdan imtina edib. Həkimlər azərbaycanlıda ciddi əziklər qeydə alıb.
Məlumat verilir ki, kafenin yaxınlığında videomüşahidə kameraları yoxdur. Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 213-cü bəndi ilə cinayət işi açılıb.
Gürcü Staçek prospektində 24 saylı evdə saxlanılıb. Evin zirzəmisində polislər İJ-58 ov tüfəngi aşkar edib.