Moskvanın dairə məhkəməsi Lipetskdə səyyar iclasında çərşənbə günü terrorçulara dəstəkdə ittiham edilən şəxsə hökm oxuyub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın FTX Lipetsk vilayəti üzrə idarəsi məlumat yayıb.
İttiham edilən şəxs - əslən azərbaycanlı olan Lipetsk vilayətinin Lebedinski rayon sakinidir, o, region ərazisində bizneslə məşğul olur.
“O, kommersiya fəaliyyətindən əldə etdiyi gəlirin bir hissəsini Suriyada terror qruplaşmalardan birinin tərkibində döyüşən qardaşına yollayırdı”, - məlumatda deyilir.
Müttəhim 5 il müddətinə azadlıqdan məhrum edilib, bununla yanaşı 200 min rubl həcmində cərimə edilib, məlumatda bildirilir.