Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Rüşvət alan xəstəxana rəhbəri və həkimə şərti cəza verildi
Rüşvət almaqda ittiham edilən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktoru Anar Zamanov və Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyevanın məhkəməsi başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə (rüşvətalma, təkrar rüşvətalma) təqsirli biliniblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər ikisinə səkkiz il müddətinə azadlıqdan məhrumetmə cəzası verilsə də, A.Zamanova bir il altı ay, K.Hacıyevaya isə bir il sınaq müddəti verilməklə həmin cəzalar şərti hesab edilib. Beləliklə, hər iki şəxs azadlıqda qalıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər dörd epizod üzrə rüşvətalmada ittiham ediliblər.
"Rüşvətalma-rüşvətvermə cinayəti" teqi üzrə xəbərlər
- Rüşvət aldığına görə işdən çıxarılan direktorun iddiası təmin olunmadı
- Uğursuz siyasətçilərin yığıncağı - Avropa Parlamentinin separatçı sevgisi
- Rüşvət alan sabiq vəzifəli şəxs həbsdən buraxıldı
- Dövlət Xidmətinin rüşvət almaqda ittiham olunan vəzifəli şəxsləri ilə bağlı qərar verilib
- Azərbaycanda polkovnik rüşvətə görə HƏBS EDİLDİ - MƏHKƏMƏ İŞİ