Bakının Sabunçu rayonunda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, onlar evdən hissə-hissə ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar. Araşdırmalar davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12