Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Parça Xələc kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Xankişiyeva Kəmalə Baba qızı bud nahiyəsinin bıçaqla deşilmiş yarası ilə Salyan Mərəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onun həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
İ.F.