İyulun 9-da Bakının Nərimanov rayonu, A.Gəraybəyli küçəsində yerləşən SUDU sağlamlıq mərkəzində işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətəliyev münaqişə zəminində məkəzin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəlüldlü Babək Rəhimlini döyərək baş nahiyəsinə küt alətlə vuraraq öldürüb.
Oxu.Az bu barədə APA-ya istinadən xəbər verir.
Qeyd olunub ki, daha sonra meyit Salyan rayonu Kürsəngi kəndinin ərazisində gölün kənarına atılıb.
N.Fətəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12