Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şəkidə silah və narkotik vasitələr satan şəxslər saxlanılıblar
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan, narkotik vasitələrin satışı və əkini ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə rayon sakini, 33 yaşlı Elvin Hüseynzadə saxlanılıb. Onun idarə etdiyi avtomobildən "Kalaşnikov" avtomatı, daraq və 29 ədəd patron, eləcə də narkotik vasitə marixuana aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədilə nəqliyyat vasitəsində daşıdığını bildirib.
Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin satışı ilə məşğul olan, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum olunmuş Mirseyid Ağababayev saxlanılıb. Ondan iki kiloqram marixuana və kultivasiya edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub
- Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar
- Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər