Şəmkirdə 12 yaşlı qızın bacısı tərəfindən öldürülməsi ilə bağlı yeni təfərrüat məlum olub.
Oxu.Az Baku TV-yə istinadla xəbər verir ki, araşdırma zamanı məlum olub ki, yeniyetməyə üç bıçaq zərbəsi vurulub. 12 yaşlı Əfsanə Novruzovanın bacısı, 16 yaşlı Səma Rəhimova aralarında yaranmış mübahisə zamanı onu kəsici alətlə qətlə yetirib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən bacı, 16 yaşlı Səma Rəhimova saxlanılıb.
Kənd sakinlərindən biri isə baş verənlərlə bağlı danışarkən bildirib ki, qızı itkin düşəndə axtarmağa başlayıblar:
"O, ölü vəziyyətdə tapıldı, evin arxasında... Sonradan məlum oldu ki, bacısı edib. Özü xəbər verib polisə. Aralarında mübahisə olub, yoxsa yox - bunu bilmirəm".
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Şəmkirdə 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yeniyetməyə üç bıçaq zərbəsi vurulub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən 16 yaşlı S.Rəhimova saxlanılıb. O, qətlə yetirilən yeniyetmənin bacısıdır.
Faktla bağlı araşdırma aparılır.