Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıblar
Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Z.Hüseynov və 27 yaşlı N.Əliyev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a bildirilib.
Vurğulanıb ki, həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduqları şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Z.Hüseynov və N.Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Sumqayıtda qadına kömək adı ilə soyğunçuluq edildi
- İctimai fəal Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edilib
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Övladımı da itirdim, pulum da batdı"
- Bakıda qadın evi talan etdi
- "LOTEREYA İŞİ": "Mənə deyildi ki, 180 manat qoysan, 1 000 manat götürəcəksən"
Rəylər