Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Yaponiya şirkəti tərəfindən hazırlanan "Gələcəyin şəhəri"
Yaponiyanın "Toyota" şirkəti tərəfindən "Woven City" ("Gələcəyin şəhəri") adlı nəhəng layihə hazırlanıb.
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, yüksək və ən müasir texnologiya ilə təchiz ediləcək şəhər artıq 2025-ci ilin payızında sakinlərini qəbul etməyə hazır olacaq.
Şəhər Yaponiyada Fuci dağının ətəyində yerləşir. Yaşayış məkanında süni intellekt və digər qabaqcıl texnologiyalarla təmin edilmiş "ağıllı evlər" inşa edilib.
Layihənin baş direktoru Akio Toyoda bildirib ki, 10 milyard dollar dəyərində olan "Woven City" gələcəyin texnologiyalarını inkişaf etdirmək baxımdan laboratoriya rolunu oynayacaq.
Artıq bu ilin payızında "Woven City" orada pulsuz yaşayacaq ilk 100 sakinini qəbul etməyə hazırdır. "Ağıllı şəhər"də gecə sizi təhlükəsiz şəkildə evə yola salacaq dronlar, yaşlılara kömək edəcək interaktiv ev heyvanları və gündəlik işlərdə kömək edəcək dronlar mövcud olacaq", - deyə Akio Toyoda vurğulayıb.
"Yaponiya" teqi üzrə xəbərlər
- Myanma zəlzələsi Yaponiyada daha böyük miqyasda təkrarlana bilər: Alimlər həyəcan təbili çalırlar
- Tokioda bayram namazı 3 dəfə qılındı
- Yaponiyada ölüm hökmü çıxarılmış şəxsə böyük məbləğdə pul təzminatı ödənilib
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Fuci dağına qalxmaq artıq pulsuz deyil: Yeni qaydalar tətbiq edildi