Binəqədi Rayon Məhkəməsində Bakıda 37 yaşlı kişini bıçaqlamaqda təqsirləndirilən "D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədlinin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Oxu.Az-ın məlumatına görə, məhkəmə istintaq orqanının təqdimatını təmin edib və Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Əhməd Məmmədli mayın 6-da axşam saatlarında Biləcəri qəsəbəsində 1988-ci il təvəllüdlü Vüqar Rasim oğlu Dünyamalıyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Əhməd Vüqar oğlu Məmmədli olduğu müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanıb.

Aqil Vəlili