Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Xaçmazda qudalar arasında mübahisə qanla bitdi
Xaçmazda baş vermiş qətlin bəzi detalları məlum olub.
Məlumata görə, qətlə yetirilən Pirquluoba kənd sakini, 57 yaşlı İlham Rüstəmovla 43 yaşlı Rəhman Cavadov quda olublar.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb.
"Xəzər Xəbər" hadisə yerindən görüntüləri təqdim edir:

Noyabrın 1-də saat 13 radələrində Xaçmaz rayonu ərazisində 1967-ci il təvəllüdlü İlham Rüstəmovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1981-ci il təvəllüdlü Rəhman Cavadovun şəxsi münasibətlər zəminində İlham Rüstəmova bıçaqla xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Hadisədən sonra könüllü olaraq polisə təslim olan Rəhman Cavadov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Xaçmazda qətl törədilib.
"Report"un xəbərinə görə, 57 yaşlı İlham Rüstəmovun tanışı tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi bildirilib.
Hadisəni törədən şəxs könüllü polisə təslim olub.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Azərbaycanda DƏHŞƏTLİ QƏTL - Atasını öldürən yeniyetmə meyiti anası və qardaşı ilə birgə çaya atıb
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- İranda dəhşətli qətl: Qadın atası və qardaşı tərəfindən 16 güllə ilə vurularaq öldürüldü
- 38 yaşlı qadın dayısı tərəfindən qətlə yetirildi - İDDİA + Hadisə yerindən GÖRÜNTÜLƏR
- Arvadını öldürməkdə şübhəli bilinən kişi ilə bağlı YENİ FAKTLAR: "Qulaq kəsib, həbs edilməyib"