Lerikdə ər-arvad arasında illərdir davam edən münaqişənin sonu faciəli olub.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, ər 17 illk həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. Hadisəni törətməkdə təqsirli bilinən şəxs məşhur çoban Xanış Şahıyevin oğlu artıq rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Lerikdə dəhşətli ailə faciəsi baş verib. Ər-arvad arasında baş verən mübahisəyə bıçaqla son qoyulub. 17 illk həyat yoldaşı ilə razılığa gələ bilməyən ər intiqamı ilə ailəsinin çırağını söndürüb. 40 yaşlı Lerik şəhər sakini nazim Şahıyev, 39 yaşlı həyat yoldaşı Səkinə Əliyevanın həyatına sərxoş vəziyyətdə son qoyub.
Lerik rayon prokurorluğunun müstəntiqi Abdulla Abdullayev deyir ki, mübahisə zamanı Səkinə Əliyevanın özünə məxsus mobil telefonla daxili işlər nazirliyinin 102 xidmətinə zəng vurub mübahisə barədə məlumat verdiyini görən Nazim Şahıyev evdən mətbəx bıçağını götürüb Səkinə Əliyevanın arxasınca gedib.Qadın bunu gördükdə yaxınlıqda yaşayan qonşuları Elşən Əliyevin həyətinin darvazasından içəri girmək istərkən Nazim onu yaxalamış və əlindəki mətbəx bıçağı ilə ona bədəninin müxtəlif nahiyələrinə vuraarq qəsdən həyatdan məhrum edib.
Ər-arvad arasında münaqişənin təfərrüatlarını da öyrənməyə çalışdıq. Yaxınları iki oğul atası olan Nazim Şahıyevi alkoqol və narkotik aludəçisi kimi xarakterizə etdilər.
Nazim Şahıyevin oğlu Elmir Şahıyev bildirir ki, atam barışmaq istəyirdi, amma anam barışmırdı, rəsmən boşanmışdılar.
mərhumun bacısı Xanım Əbiyeva isə qeyd edir ki, gedərdi toylara nəşələnərdi, gecə yarısı gələrdi. Yazıq bacım iki dənə körpəsi ilə həmişə səksəkədə idi.
Artıq faktla bağlı Lerik rayon prokurorluğunda cinayət işi başlanıb və hadisəni törətməkdə təqdsirli bilinən Nazim Şahıyev rayonun hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Qətlin təfərrüatlarına istintaq nəticəsində aydınlıq gətiriləcək.
Xatırladaq ki, Nazim məşhur lerikli çoban 2009-cu ildə 77 yaşında dünyasını dəyişən Xanış kişinin oğludur.