Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Yardımlıda 12 kiloqram narkotik vasitə aşkarlanıb
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 12 kiloqram narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.
Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən hər ikisi əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Zaur Rabayev və 43 yaşlı Hacı Əliyev saxlanılıblar.
Araşdırma zamanı onların Yardımlı rayonunda əldə etdikləri narkotik vasitəni paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmaq barədə istintaqla araşdırılan İran vətəndaşı ilə anlaşdıqları müəyyən edilib. Həmin şəxslərin sövdələşmə əsasında narkotik vasitələri götürmək üçün gəldikləri çətin relyefli qayalıq ərazidən ümumilikdə 12 kiloqram heroin və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Daxili İşlər Nazirliyində Kollegiya iclası keçirilib
- Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxslər saxlanılıblar
- Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat
- Lerikdə NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı
- Bakıda oğurluq hadisəsi: Maşını hissələrə bölüb satdı