Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrük xidməti daha bir əməliyyat həyata keçirib.
Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Twitter” hesabında paylaşım edib.
Bildirilib ki, ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində #gömrük-çülər növbəti uğurlu #əməliyyat-larını həyata keçiriblər. Ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısı alınıb.
— Safar Mehdiyev (@SafarMehdiyev_) November 10, 2021