Bakıda avtomobil ehtiyat hissələri mağazasına basqın olunub.
Oxu.Az avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə zərərçəkənin özü hadisə ilə bağlı məlumat verib.
Hadisə iyunun 18-i, saat 20.00 radələrində Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 79, ev 13-də yerləşən Əliyev Rövşən İslam oğluna məxsus avtomobil ehtiyat hissələri mağazasında baş verib.
Mağazaya daxil olan iki şəxs Əliyev Rövşən İslam oğluna zor tətbiq edərək oradan 5000 manat dəyərində avtomobil ehtiyat hissələri götürərək “Mercedes” markalı 90-ZZ-426 qeydiyat nişanlı avtomobilə yığıb və oradan uzaqlaşıblar. Dərhal mağaza sahibi 102 polis qaynar xəttinə zəng vurub. Hadisə yerinə gələn Yasamal Rayon 28-ci polis bölməsinin əməkdaşları mağazaya baxış keçiriblər.
Qeyd edək ki, hadisə zamanı zərərçəkən mağaza sahibi oğurlanan malların avtomobilə yığılma anının fotosunu çəkməyə müvəffəq olub.
A.M.