Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək, məhvi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Rəylər