Adıçəkilməyən bir milyorder üçün fərdi Boeing 747 avialaynerini hazırlanmasına üç il zaman sərf edilib.
Oxu.Az xəbər verir ki, layihə 600 milyon dollara başa gəlib.
“Boinq”, adi halda 600 sərnişin daşıya bilsə də bu nümunə yalnız onlarla adam üçün nəzərdə tutulub.
Təyyarənin interyeri prezident mehmanxana otağını xatırladır, burada bir neçə yataq otağı, bir neçə qonaq otağı, konfrans-zalı, ayrıca yemək otağı, naməlum sahibin iş otağı, hamam otağı, səkkiz çarpayı və hətta mətbəx var.
E.Ə.
www.oxu.az