Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Altı yaşında konfetlə aldadılıb qaçırılan uşaq 70 il sonra tapıldı: ABŞ-də inanılmaz hadisə
Altı yaşında ikən oğurlanan Luis Armando Albino 70 il sonra ailəsini tapıb. Bu, onun qohumlarının, polisin, Federal Təhqiqatlar Bürosunun (FTB) və ABŞ Ədliyyə Nazirliyinin səyləri nəticəsində mümkün olub.
Oxu.Az bildirir ki, bu barədə "Associated Press" xəbər yayıb.
Qeyd olunur ki, qorxunc oğurluq hadisəsi 1951-ci ildə Kaliforniyada baş verib. Luis böyük qardaşı ilə birlikdə Oklend şəhərindəki parkda oynayarkən bir qadın konfet almağı vəd edərək oğlanı qaçırıb və ölkənin şərqinə aparıb. Nəticədə uşağı başqa bir ailə öz övladı kimi böyüdüb.
Luis böyüyüb, ABŞ Dəniz Piyadaları Korpusunun tərkibində Vyetnamda xidmət edib, daha sonra yanğınsöndürən kimi işləyib.
Amma onun əsl ailəsi onu tapmaq ümidini heç vaxt itirməyib.
"Albino 70 ildən çox müddətə itkin düşsə də, hər zaman ailəsinin qəlbində olub, onun şəkli doğmalarının evlərində asılıb", - deyə Luisin bacısı qızı Alida Alekin bildirib.
Alidanın sözlərinə görə, 2020-ci ildə maraq xatirinə onlayn DNT testi keçirib və bir kişi ilə 22 faiz uyğunluq müəyyən edilib. Sonradan bunun əmisi olduğunu öyrənib. Həmin vaxt axtarışlar heç bir nəticə verməyib.
2024-cü ilin əvvəlində axtarışlar yenidən bərpa olunub. Yerli kitabxanada "Oakland Tribune"dakı köhnə məqalələrə baxarkən Alida kiçik Luis və Rocerin şəklini tapıb, bu onu düzgün yolda olduğuna inandırıb. Oklend polisi, FTB və ABŞ Ədliyyə Nazirliyi axtarışlara qoşulublar və nəhayət müstəntiqlər ailəyə sevindirici xəbəri çatdırıblar - Luis tapılıb.
Məlumata görə, artıq Luis bioloji ailəsi ilə qovuşub.
"Adam oğurluğu" teqi üzrə xəbərlər
- Adam oğurluğunda təqsirləndirilən şəxs ev dustaqlığı istədi - MƏHKƏMƏ
- Azərbaycanda adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşına hökm oxundu
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı
- Liviya Mərkəzi Bankı qeyri-adi səbəbdən fəaliyyətini dayandırdı
- İtalyan biznesmen Moskvada oğurlandı - ANBAAN GÖRÜNTÜLƏR