Formula-1 yarışlarına az müddət qaldığından paytaxtda nəqliyyatın hərəkətini tənzimləyən yeni lövhələr qoyulur. Ancaq Xətai rayonunun Nobel prospektində vaxtından əvvəl qoyulan bu nişan sürücülərə kömək etməkdən çox çətinlik yaradır.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polis idarəsinin bölmə rəisi Vaqif Əsədov XəzərXəbər-ə bildirib ki, Formula-1-lə bağlı qoyulan bu nişanlar yarışın baş tutduğu bütün trayektoriyalarda qoyulub və iyunun 19-dan 26-dək istifadə olunacaq. Buna görə də sürücülər həmin nişanları görən zaman çaşqınlıq yaşamasınlar.
İ.N.