Bakıda Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 17:00 radələrində Bakı Dəniz Vağzalı yaxınlığında baş verib.
Belə ki, qəfil manevr edən avtomobil iki DYP avtomobilinin qarşısına çıxıb. DYP avtomobillərindən biri toqquşmadan yayına bilməyib.
Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az