Azyaşlı uşaq anasının hamiləlik xəbərinə qeyri-adi reaksiya verib.
Oxu.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Vaşinqton şəhərində baş verib. Belə ki, 3 aylıq hamilə olan Shannee Gibson iki övladına yaxında qardaşları olacağını deyib.
Ancaq azyaşlı uşaqdan biri bu xəbərə o qədər də sevinməyib və onun qeyri-adi reaksiyası hər kəsi təəccübləndirib. Gənc qadının oğlu Treninin yeni qardaşının olacağı xəbərinə reaksiyası isə maşındakı təhlükəsizlik kamerasi tərəfindən saniyəbəsaniyə lentə alınıb.
Qısa müddətdə sosial şəbəkədə izlənmə rekordu qıran o görüntüləri təqdim edirik.