Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Hindistanın 33 güllə ilə öldürülən ilk və yeganə qadın baş naziri
Baku TV-də Hindistanın ilk və yeganə qadın baş naziri, başqa təriqətli insanla evləndiyi üçün özünün və ailəsinin lənətləndiyi deyilən, CBS kanalının keçirdiyi sorğuya əsasən "Minilliyin qadını" seçilən İndira Qandi haqqında araşdırma materialı yayımlanıb.
Azadlıq uğrunda mübarizə fəalları olan Hind Xalq Partiyasının üzvü Cavahirləl Nehru və Kamalla Nehrunun ailəsində dünyaya gələn İndira Qandi uşaq vaxtlarından fəallıq göstərib, nümayişlərdə və etiraz aksiyalarında iştirak edib.
O, İngiltərənin əsarətindən azad olmaq uğrunda mücadilə aparan Mahatma Qandi ilə tanış olub və onun məsləhəti ilə 8 yaşında uşaqlardan ibarət toxuculuq ittifaqı yaradıb.
1934-cü ildə şair Rabindranat Taqorun təsis etdiyi universitetə daxil olub. Lakin iki il təhsil aldıqdan sonra Avropaya gedib və 1937-ci ildə İngiltərədə Oksford Universitetinin Somervel Kollecinə daxil olub. İkinci Dünya müharibəsi başladığı üçün yenidən Hindistana qayıtmalı olub.
Cənubi Afrikanın Keyptaun şəhərindən keçərkən, orada ilk dəfə siyasi nitqlə çıxış edib. 1941-ci ildə Hindistana qayıdan İndira gələcək həyat yoldaşı Feroz Qandi ilə tanış olub.
Bir çox insan İndiranın Mahatma Qandi ilə qohumluq əlaqəsi olduğunu düşünsə də, bu, belə deyil. İndira ailə həyatı qurduqdan sonra ərinin soyadını götürüb. İran əsilli pars olan Feroz Qandi atəşpərəst olduğu üçün onların evliliyi hind adətlərinə görə mümkün sayılmırdı. İnanclara görə, ayrı kastadan olan insanların evlənməsi ailəyə lənət gətirirdi. Buna baxmayaraq, gənclər evlənib və azadlıq uğrunda mübarizəni birlikdə davam etdiriblər. Hətta evləndikləri il siyasi baxışlarına görə birlikdə həbs olunublar.
Bəs həyata keçirdiyi islahatlarla ölkəsinin inkişafına nail olan, Hindistanın "anası" adlandırılan İndira Qandi cangüdənləri tərəfindən 33 güllə atəşi ilə necə qətlə yetirilib?
Ətraflı süjetdə: