Amerikalı tədqiqatçılardan biri Massaçusets ştatının Atlantik okean sahilləri yaxınlığındakı sularında dünyanın ən böyük yırtıcı balığı – ağ köpək balığını lentə almaq istəyib.
Oxu.Az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, nəhənq balıqlardan biri dalğıca yaxınlaşaraq onun əlindəki kameranı alıb. Tədqiqatçı-alimə xəsarət dəyməyib. Yırtıcı balıq əldə etdiyi qurğunu da udmayıb. Bu səbəbdən hadisənin videoyazısı qalıb.
İ.F.