İnternet istıfadəçiləri “Twitter”də yerləşdirilən fotoda maskalanmış bəbiri tapmağa cəhd ediblər. Postun müəllifi tapşırığın çətinliyi haqda əvvəlcədən xəbərdarlıq edib.
“Mənə indi bir şəkli göndərib orada bəbiri tapmağı xahiş etdilər. Əmin idim ki bu bir zarafatdır...bəbiri tapana kimi. Bəs siz tapa bilərsiz?”, - müəllif şəklə belə şərh yazıb.
Someone just sent this to me and asked me to find the leopard. I was convinced it was a joke... until I found the leopard. Can you spot it? pic.twitter.com/hm8ASroFAo
— Bella Lack 🌱 (@BellaLack) 27 сентября 2019 г.
İstifadəçilərin çoxu bildiriblər ki, şəkilə uzun müddət baxdıqlarına rəğmən heyvanı tapa bilməyiblər.
Bəbir ərazidə mükəmməl maskalanıb. Yırtıçının kamuflyajı olduqca heyrətamizdir.
