Qaraciyərin sağlamlığını qorumaq istəyirsinizsə, bu dadlı və faydalı içkini hazırlayın.
Oxu.Az saglamolun.az-a istinadla xəbər verir ki, axşamdan termosa 1 ovuc kişmiş, üzərinə 1 stəkan qaynar su tökün, səhərə qədər saxlayın. Səhər dəmləməni süzün (kişmişi yeyə bilərsiniz), 1 çay qaşığı bal və bir az sarıkök əlavə edin, yaxşı qarışdırın və için.
Bu vasitə həmçinin bağırsaqların fəaliyyətinə də müsbət təsir edir.
A.S.
www.oxu.az