Bakı-Qazax-Gürcüstanın magistralının Qazax şəhəri ərazisindən keçən hissəsində ağır yol nəqliyyat qəzası olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili digər minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri – 26 yaşlı kişi dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
A.M.