Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Roma Papası üçün xüsusi "Gelandewagen" hazırlandı](https://images.oxu.az/2024/12/05/Eo5RVepFnSG3nCNF2uIDyDlqfzrwIluKjnM5DQCr:1200.jpg)
Roma Papası üçün xüsusi "Gelandewagen" hazırlandı
Vatikana artıq təxminən 100 ildir avtomobil tədarük edən "Mercedes-Benz" şirkəti elektrikli G580 yolsuzluq avtomobili əsasında yeni "papamobil" hazırlayıb.
Oxu.Az-ın "Izvestiya"ya istinadla verdiyi məlumata görə, avtomobil artıq Roma Papası Fransiskə təqdim edilib.
Bildirilir ki, bu "Mercedes-Benz Gelandewagen" açıq tavanlı, arxa dirəkləri olmayan, arxa hissədə "göyərtəsi" olan unikal kuzov konstruksiyası və pontifikin müxtəlif tərəflərdən auditoriyaya müraciət etməyə imkan verən xüsusi rahat oturacağı ilə fərqlənir.
![](https://img.youtube.com/vi/_P2d2QsIA1o/sddefault.jpg)
Bununla bağlı yayılan fotodan görünür ki, əvvəlki "papamobil"lər kimi, bu da klassik mirvari-ağ rəngdə boyanıb. Əlverişsiz hava şəraiti üçün avtomobildə şəffaf tavanlı xüsusi sərt üst konstruksiya nəzərdə tutulub.
Şirkətdən bildirilib ki, elektromobilin güc qurğusu ictimai tədbirlərdə aşağı sürətlə rahat gediş üçün uyğunlaşdırılıb.
"Avto-moto" teqi üzrə xəbərlər
- Britaniya Müdafiə Nazirliyi "McLaren"lə müqaviləni ləğv etdi
- Trampın rüsumları "Porsche"nin vəziyyətini ağırlaşdıra bilər
- "Toyota" maşınlarında xəta aşkarlandı
- Mühərrik söndükdə sürücülər ötürmələr qutusunu özləri xarab edirlər: Nələri etmək olmaz?
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır