Sosial şəbəkələrdə serfinqçinin ağ akulanın hücumundan möcüzə nəticəsində xilas olmasının görüntüləri yayılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daily Mail nəşri məlumat verir.
İnsident ötən il Ballina şəhəri yaxınlığında qeydə alınıb.
Pilotsuz uçuş aparatı serfinqçinin ayaqları suda növbəti dalğanı gözləyən zaman ağ akulanın ondan bir metrdən az məsafədə keçməsini lentə alıb.
Kadrlarda görünür ki, akula düz serfinqçinin üstünə üzür, lakin son anda gözlənilmədən istiqamətini dəyişir.
Nəşr qeyd edir ki, 2014-cü ildən bəri bu rayonda akulaların insanlara ən azı 11 hücumu qeydə alınıb, onlardan ikisi faciə ilə bitib.
S.B.
www.oxu.az