Dünyaca tanınmış kanadalı rəssam Rob Qonsalvesin çəkdiyi rəsmləri çoxları syurrealizm stilinə aid edir, lakin “sehrli realizm” ona daha uyğun gəlir.
Oxu.Az Adme.ru-ya istinadən xəbər verir ki, Qonsalvesin şəkilləri həmişə dünyaların sehrli birləşməsi və obyektlərin bir dünyadan digərinə gözə çarpmadan keçməsidir, nəzərə çarpmayan metamorfozlar.
Rəssam sanki bizə bütün dünyaların bir-biri ilə birləşdiyini göstərir.
Rob ilk əsərlərini 12 yaşında çəkməyə başlayıb - onu memarlıq, perspektiv, müxtəlif layihələr maraqlandırırdı. Rəssam indi də öz yaradıcılığında əsasən memarlığa üstünlük verir, lakin indi o illüziyalar qurur.
Dali, Maqritta və Eşenin qarışığı - Rob Qonsalvesin şəkillərini belə xarakterizə etmək olar.