Yazıçı, musiqiçi və aktyor Bencamin Qrantın 288 səhifəlik “Overview” albomu işıq üzü görüb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2013-cü ilin dekabrından başlayaraq Bencamin Yerin kosmosdan çəkilən ən gözəl şəkillərini bir araya toplayıb. Şəkillərin rəngliliyi müxtəlif peyklərin çəkdiyi 25 fotonun birləşdirilməsi ilə əldə edilib.
Kitab artıq Amazon.com saytından 25 dollara satışa çıxarılıb.
A.S.
www.oxu.az