Hər zaman müxtəlif film festivalları və tədbirləri təşkil edən “28 Cinema” kinoteatrı Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi və “JTİ” şirkətinin sponsorluğu ilə Azərbaycanda Yaponiya Film Festivalına start verib.
Oxu.Az xəbər verir ki, festivalın açılışı ilə əlaqədar olaraq kinoteatr iyun ayının 19-da kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfransda “JTİ” şirkətinin Korporativ Məsələlər və Əlaqələr üzrə meneceri Əli Verdiyev, Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət şöbəsinin müdiri 3-cü katib Fukuda Yusuke, “28 Cinema” kinoteatrının İcraçı Direktoru Elnarə Rəhimova iştirak edib.
Festival “28 Cinema” kinoteatrında iyunun 20-dən 23-dək keçiriləcək. Festivala giriş pulsuzdur. Seanslar haqqında ətraflı məlumat 28cinema.az saytında və kinoteatrın rəsmi Facebook səhifəsində yerləşdirilib.
Festivala aşağıdakı filmlər daxildir:
ハッピーフライト
Xoşbəxt uçuş (Rejissor: ŞinobuYaquçi) - Treyler
阪急電車
Hankyu qatarı (Rejissor: Yoşişiqe Miyake) - Treyler
武士道シックスティーン
On altı yaşlılar üçün Buşido (Rejissor: Tomoyuki Furuyama) - Treyler
書道ガールズ
Xəttat qızlar (Rejissor: Ryuiçi İnomata) - Treyler
君に届け
Məndən sənə (Rejissor: Naoto Kumazava) - Treyler
“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı və “Cappuccino coffee house” yerləşir.
Aytən Sadıqzadə
www.oxu.az