Alla Puqaçova “Jara” festivalından sonra Müslüm Maqomayevin məzarını ziyarət edib.
Oxu.az-ın missiya.az-a istinadən verdiyi məlumata görə, o, Fəxri Xiyabana gedərək SSRİ Xalq artistinin heykəli önünə gül səbəti qoyub.
A.Puqaçova məşhur müğənninin məzarı önündə duraraq onun tapşırığını yerinə yetirdiyini söyləyib.
“Sən mənə dediyin kimi, mən də mahnı ifa etməyə son qoydum. Lakin hərdən səhnəyə çıxıram”, - deyə A.Puqaçova M.Maqomayevə müraciət edib.
İ.F.