Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, jurnalist Aydın Kərimov vəfat edib
Oxu.Az xəbər verir ki, bu barədə şairin yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Bildirilib ki, 87 yaşlı şair uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Xatırladaq ki, A.Kərimov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş onkoloqu, Əməkdar həkim Azad Kərimovun atasıdır.