Nizami Kino Mərkəzində türkiyəli rejissor Korhan Uğurun ərsəyə gətirdiyi "Tərkedilmiş" filminin qala gecəsi baş tutub.
Oxu.Az xəbər verir ki, təqdimatda ekran işində rol alan aktyorlar Könül Nağıyeva, Kamran Ağabalayev, türkiyəli məşhurlar Hakan Vanlı, Levent Ülgən, Sema Şimşek, Nəriman Uğur, Burak Sarımola iştirak edib. Gecədə əvvəlcə Kəlbəcərdə dünyasını dəyişənlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra aktyorlar Könül Nağıyeva və Kamran Ağabalayev filmlə bağlı təəssüratlarını bölüşüblər.
Filmi izləməyə gələnlər arasında xalq artisti Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, Dilarə Əliyeva, aparıcı Nərgiz Cəlilova, Afaq Gəncəli, Kamilə Babayeva, Elnarə Təhməzova, müğənnilər Röya, Sevda Yahyayeva, Murad Arif, Zamiq Hüseynov, Dilarə Kazımova, aktyorlar Elməddin Cəfərov, Fərda Xudaverdiyev, rejissor Kənan M.M. və başqaları olublar (buro247.az).