Atv telekanalında məşhur aparıcı Mətanət Əliverdiyavanın aparıcılığı ilə yeni veriliş yayımlanıb.
Oxu.az xəbər verir ki, verilişin adı “Gündəlik” Mətanət ilə adlanır. Verlişin ilk efir günündə bir-birindən maraqlı məşhur simalar tamaçılara təqdim olundu. Ən yadda qalan məqam isə aparıcı Mətanət Əliverdiyavının dünya şöhrətli xanəndə Alim Qasımovla duet şəklində “Dağlar” bayatısını ifa etməsi oldu.
Qeyd edək ki, xanım aparıcı bundan əvvəl ATV telekanlında “ATV Olay” xəbər verilişinin aparıcısı olmuşdur. Ciddi xəbərlərlə tamaşaçıları salamlayan aparıcının şou verilişi ilə ekrana gəlməsi hər kəs tərəfindən maraqla qarşılanıb.
Aytən Sadıqzadə
www.oxu.az