Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftənin mədəniyyət tədbirlərinin afişasını təqdim edirik.
Oxu.Az xəbər verir ki, martın 23-dən martın 29-dək paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:
Martın 26-da saat 19:00-da gürcü nasir Qoderzi Çoxelinin "Küknarlara məktub" hekayəsi əsasında hazırlanmış tamaşa göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır.
Biletlərin qiyməti 10-12 manatdır.

Martın 27-də saat 19:00-da İtaliyanın məşhur komedioqrafı, dramaturqu, ssenaristi, rejissoru, aktyoru Eduardo de Filipponun "Filumena Marturano" tamaşası oynanılacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Martın 28-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" tamaşası göstəriləcək.
Biletlərin qiyməti: 8-15 manat.

Martın 29-da saat 19:00-da A.Saqarelinin "Xanuma" tamaşası olacaq.
Biletlərin qiyməti 8-15 manatdır.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında (GTT):
Martın 28-də saat 12:00-da Şarl Perronun nağılı əsasında hazırlanmış "Büllur başmaq" tamaşası nümayiş etdiriləcək.
Nağıl-tamaşanın quruluşçu rejissoru Ayla Osmanovadır.
Biletlərin qiyməti 8-12 manatdır.

Martın 28-də saat 19:00-da Pərvin Nurəliyevanın "Mən öləndə ağlama" tamaşası oynanılacaq.
Quruluşçu rejissor: Ayla Osmanova
Biletlərin qiyməti 10 manatdır.

Martın 29-da saat 19:00-da Mehriban Ələkbərzadənin "Kod adı: VXA" tarixi-sənədli dram əsəri təqdim ediləcək.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti 10-15 manatdır.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında:
Martın 24-də, saat 19:00-da Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-15 manat.

Martın 26-da, saat 19:00-da "Arşın mal alan" ikihissəli operettası.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyevdir.
Biletlərin qiyməti: 8-15 manat

Martın 28-də saat 19:00-da dünyaşöhrətli musiqiçi Elvis Preslinin ölməz əsərləri əsasında "Sən kralsan" tamaşası oynanılacaq.
Müzikl janrında olan tamaşanın libretto müəllifi və quruluşçu rejissoru Ələkbər Tağızadədir.
Biletlərin qiyməti: 10-25 manat.

Martın 29-da saat 19:00-da Elçinin "Baladadaşın toy hamamı" tamaşası oynanılacaq.
Lirik komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.
Biletlərin qiyməti: 8-15 manat.

Azərbaycan Dövlət Yuğ Teatrında (Kukla Teatrının binasında):
Martın 28-də saat 19:00-da Cəlil Məmmədquluzadənin "Çay dəsgahı" adlı pyesi əsasında "Toy dəsgahı" tamaşası oynanılacaq.
Biletlərin qiyməti 5-15 manatdır.

Martın 29-da saat 19:00-da İmadəddin Nəsiminin 650 illiyinə həsr olunan "Mənəm, mən..." mistik-psixoloji dramı oynanılacaq.
Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
Biletlərin qiyməti: 5-15 manat.

Heydər Əliyev Sarayı:
Martın 27-də saat 20:00-da "Anna Karenina" tamaşası göstəriləcək.
Tamaşanın quruluşçu rejissoru Gjorgji Rizeskidir.
Biletlərin qiyməti: 15-200 manat.

Martın 27-də saat 20:00-da "Tynda Music"in "Köhnə kinonun mehriban mahnıları" konserti.
Biletlərin qiyməti: 30-300 manat.
