UNESCO İçərişəhərə və Qobustan qayaüstü təsvirlərinə hərbi münaqişələr zamanı “gücləndirilmiş mühafizə” statusu verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə qərar UNESCO-nun Mədəni İrsin Mühafizəsi üzrə Komitəsinin Parisdə keçirilən 8-ci iclasında qəbul edilib.
Qeyd edək ki, Azərbaycan 2011-ci ildə komitəyə müvafiq sorğu verib.