"Azərbaycanfilm" kinostudiyasının və "Buta film"in birgə istehsalı olan "Nar bağı" bədii filmi Minsk Beynəlxalq Film Festivalı "Listapad"da ən yaxşı ssenari mükafatına layiq görülüb.
Kinostudiyadan Oxu.Az-a bildirilib ki, filmin aktyoru Qurban İsmayılov isə diplomla mükafatlandırılıb.
Qeyd edək ki, İlqar Nəcəfin rejissoru olduğu filmin ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir.
A.S.
www.oxu.az