Rusiyanın xalq artisti Nikolay Tsiskaridze “Instagram” hesabında Azərbaycanın xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti haqqında paylaşım edib.
O, qeyd edib ki, bu əsərin vəzifəsi insanı dəyişməyə qadir olan sevginin gücünü göstərməkdir. Artist həmçinin 1998-ci ildə bu baletdə iştirak etdiyini də vurğulayıb.
2021-ci ildə bu əsərin dünya premyerasının 60 ili tamam olur. Bununla əlaqədar olaraq Tsiskaridze bu balet haqqında məlumat paylaşmağa qərar verib. Əsərin səhnə həyatı Yuri Qrigoroviç, quruluşçu-rəssam Simon Virsaladze, azərbaycanlı quruluşçu-dirijor Niyazinin rəhbərliyi ilə Sankt-Peterburq Opera və Balet Teatrında başlayıb.
View this post on Instagram"Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı" teqi üzrə xəbərlər
- Açıq havada opera tamaşaları və konsertlərin yeni ünvanı - Foto
- Eyyub Quliyev: "Tofiq Bakıxanov "qızıl dövr" bəstəkarların son nümayəndəsi idi"
- Xalq artisti Ağababa Bünyadzadənin doğum günüdür
- Üzeyir Hacıbəyovun "Koroğlu" operası nümayiş etdirilib - FOTO
- Xalq artisti Firəngiz Əlizadənin doğum günüdür
Digər xəbərlər