Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ordubadda yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa olunacaq
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-27-ci illər üçün Dövlət Proqramı"nın 2025-27-ci illər üzrə Təfsilatlı Tədbirlər Planında öz əksini tapmış layihələr, habelə investisiya layihələri Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, bu istiqamətdə bir sıra işlər həyata keçirilir.
Oxu.Az-ın məlumatına görə, həyata keçirilən tədbirlərin davamı olaraq Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi bina bərpa ediləcək. Bununla bağlı artıq satınalma elan olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə dövlətəsaslı vəsait qoyuluşu (investisiya xərcləri) çərçivəsində "Ordubad şəhərində yerləşən "Ərbabın iş yeri" və ona bitişik tarixi binanın əvvəlki vəziyyətinə qaytarılması və əsaslı təmiri üzrə layihə-smeta sənədlərinin hazırlanması" məqsədilə satınalma gerçəkləşdirilib və layihə-smeta sənədləri qanunauyğun olaraq ekspertizadan keçirilib. Təsdiq edilmiş layihəyə uyğun olaraq, satınalma keçirilir. Satınalma yekunlaşdıqdan sonra bərpa işlərinə başlanılacaq.
Məlumat üçün qeyd edək ki, bərpa işlərinin iki il müddətinə tamamlanması nəzərdə tutulur.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Türkiyəli aktrisa "44" bədii filmindən video paylaşıb
- Azad olunmuş ərazilərdə yeni tarixi, memarlıq və arxeoloji obyektlər tapılıb
- Bəzi incəsənət işçilərinə 10 min manata yaxın pul VERİLƏCƏK
- Adil Kərimli: "Musiqi məktəblərində çalışan müəllimlərin attestasiyası həyata keçiriləcək"
- Arif Babayev "Heydər Əliyevin 100 illiyi" yubiley medalı ilə təltif olunub