Oxu.Az-ın suallarını ABŞ-da azərbaycanlılar şəbəkəsinin (U.S. Azeris Network) və “Qarabağ” (ABŞ) fondunun təsisçisi və direktorlar heyətinin üzvü Adil Bağırov cavablandırır.
- ABŞ administrasiyası 2016-cı ilin - maliyyə ili büdcə layihəsində Ermənistan və Azərbaycana iqtisadi yardımını azaltmağı təklif etməklə qalmır, eləcə də administrasiya tərəfindən təklif edilən layihədə Dağlıq Qarabağa heç bir yardım məbləği göstərilmir. Söhbət böhran şəraitində maliyyə qənaətindən gedir, yoxsa bu qərarda siyasət yer alır? Qarabağ separatçılarının ümumiyyətlə, ABŞ tərəfindən iqtisadi dəstəksiz qalacaqları ehtimalı nə qədərdir?
- Əslində ABŞ administrasiyası Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş regionu Dağlıq Qarabağ üçün yardıma birbaşa vəsait istəməyib. Bundan başqa, mənim artıq dediyim kimi, R.Morninqstar 1997-98-ci illərdə keçmiş SSRİ ölkələrinə yardım üzrə ABŞ prezidentinin və dövlət katibinin xüsusi müşaviri olduğu dövrdə Qarabağ regionunu işğal etmiş erməni xuntasına yardımı çox uğurlu şəkildə blok etmişdi. Bu yardımı ABŞ büdcəsindən 1997-ci ildən (1998-ci il maliyyə ili) ABŞ konqresinin erməni üzvləri çəkməyə çalışırdılar.
Ona görə də nə prezident Obama, nə Buş, nə Klinton heç bir zaman Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş regionu Dağlıq Qarabağ üçün yardıma birbaşa vəsait istəməyib. Bu birbaşa yardımı erməni lobbisi Konqresdə olan əlaltıları tərəfindən alır. Bu il də onlar eyni şeyi edəcəklər, ABŞ-ın Konqres nümayəndələrinin, müvafiq yarımkomitələrdə olan dostlarının yardımı ilə Senat və Palatada pul vəsatinin ayrılmasına çalışacaqlar.
Həm də qeyd edim ki, Konqresin əksəriyyət üzvləri bu barədə öyrənəndə şok keçirirlər. Amma həm rəsmi Azərbaycanın, həm də ABŞ-da Azərbaycan diasporasının səylərinin Konqresə heç bir təsir etmədiyi üçün 1998-ci il - maliyyə ilindən başlayaraq hər il administrasiyanın zidd olaraq, bir yığın konqresmen və senatı tərəfindən belə yardım ayrılır. Necə deyərlər pulu verən, mahnı sifariş edir.
Əlbəttə, bu, çox kədərləndirici və qəzəbləndirici faktdır, bununla mübarizə aparmaq, qarşı çıxmaq lazımdır. Burada, ABŞ-da azərbaycanlılar şəbəkəsi (USAN) bununla (və digər) və neqativ hallarla 2008-ci ildən mübarizə aparır. Bu illər ərzində Konqres üzvlərinə minlərlə məktub yazılıb və göndərilib, USAN-ın onlarla məqaləsi dərc edilib, hətta USAN üzvlərinin hazırladığı radio və TV verilişləri də olub. Konqresin üzvləri ilə çoxsaylı görüşləri və ABŞ Konqresində dinləmələr zamanı rəsmi çıxışlar (testimony) da var (USAN bunu 2008-ci ildən yazılı halda edir və ilk dəfə bunu 2013-cü ildə Azərbaycan diasporası üçün “canlı” etdilər).
Biz bir neçə dəfə qələbəyə yaxın olmuşuq, amma nəticədə bir qədər böyük erməni diasporası, öz çoxmilyonluq maliyyə resursları ilə yardımın siyahıya daxil edilməsinə nail olublar (doğrudur, onların istədikləri kimi 5-20 milyon dollar deyil, 2 milyon dollar olub – belə ki, Azərbaycan diasporasının səyləri qismən uğurla nəticələnib).
Qüvvələr bərabər deyil – USAN şəbəkə strukturlu tamamilə könüllü təşkilatdır, burada heç kim məvacib və ya bonus almır, sadəcə Azərbaycanın ədalətli mövqeyini müdafiə edir, yeri gəlmişkən bunu istənilən qeyri-hökumət təşkilatından və ya peşəkar lobbiçilərdən yaxşı edirlər. Hətta erməni lobbisinə taktiki zərbələr vurmağa da nail olurlar (USAN üzvü ilə təkbətək qarşı dura biləcək bir dənə də erməni lobbiçisi, məsləhətçisi, diplomatı və ya jurnalisti yoxdur. Onlar sadəcə say və milyon dollarları ilə “üstündürlər”).
Eyni zamanda, amerikalı KİV-in qeyd etdikləri kimi USAN-ın birbaşa rəqibi olan iri ermən lobbi təşkilatlarının hər birinin illik büdcəsi təxminən 6 milyon dollardır. Bu, yalnız USAN-ın mikroskopik büdcəsi ilə müqayisədə çox deyil, eləcə də Azərbaycanın hakimiyyəti və ayrı-ayrı şəxsləri tərəfindən maliyyələşdirilən lobbi kampaniyalarının büdcəsindən də çoxdur.
Yeri gəlmişkən, ABŞ Konqresində Azərbaycanın işğal edilmiş regionuna gedən bir-iki milyon dollar yardımın 50%-i elə Amerika təşkilatları tərəfindən müxtəlif administrativ xərclərə sərf edilir. Qalan hissə isə ya işğal edilmiş torpaqlarn minalardan təmizlənməsinə (bu isə prinsipcə Azərbaycan ordusu üçün faydalıdır), ya genetik-modifikasiya edilmiş toxumlara (əkilməsindənsə, onlardan qorunmaq daha məqsədəuyğun olardı), ya erməni əhalisinin peyvənd olunmasına xərclənir. ABŞ-da dünyanın bütün digər ölkələrindən daha çox peyvəndlər edilir, bu peyvəndlərin əks göstəricilərə və ya zəifləmiş orqanizmlərə gətirib çıxardığını nəzərə alsaq, bu yardımın faydasının az olması meydana çıxır.
- Son zamanlarda Bakı Vaşinqtonun Azərbaycanda və Ukraynada separatizmə qarşı ikili standartlardan imtina etməsinə və Qarabağda erməni xuntasını dəstəkləməkdən əl çəkərək Azərbaycan ərazisinin beşdə birini işğal edənlərə qarşı sanksiyaların tətbiq edilməsinə dair bəyanatlarla çıxış edir. Bu bəyanatların effekt verəcəyinə ümid varmı?
- ABŞ Konqresində belə qanun layihələri və bəyanatları var, amma düşünürəm ki, 2017-ci ilin əvvəlinə qədər dəyişikliklər gözləməyə dəyməz.
Ədalət naminə qeyd etmək lazımdır ki, Bakı da xarici siyasətdə daha çox iş görməlidir. Faydası elə də böyük olmayan “imic” layihələrinə böyük məbləğdə pullar xərclənir. Bu vəsaitin 10%-i sadəcə ABŞ-da deyil, eləcə də dünyada vəziyyəti dəyişməyə yetərlidir. Amma yalnız pul kifayət deyil, ən azından insanlar da öz işlərini bilməlidirlər.
Əsas məsələ Azərbaycan və azərbaycanlıların dövlətin torpaqlarının beşdə bir hissəsinin işğalının nəticələri ilə mübarizədə nə etmələridir? Kim “yetərincə” iş görüldüyünü və ya “ermənilərin etdikləri qədər iş görüldüyünü” bəyan edə bilər?
Yeri gəlmişkən, müsahibələrimdə dəfələrlə demişəm - (http://ru.oxu.az/politics/34382), xatırladım ki, məhz ABŞ-da USAN təşəbbüsü ilə ilk dəfə dünyada ştat səviyyəsində rəsmən mart ayının 31-i (2009-2011-ci ildə Nevadada azərbaycanlıların soyqırımı günü) və Xocalı (2010-cu ildən başlayaraq, artıq 15 ştatda) tanınıb.
Beləliklə, məhz ABŞ-da 2004-2005-ci illərdə erməni hərbçisinin, leytenant Vigen Patatyan, sitat gətirirəm ölkənin Qarabağ regionunda Azərbaycan vətəndaşlarına qarşı “insanlığa qarşı cinayət”ə görə mühakimə edilib. Bundan sonra onu qara siyahıya daxil edərək ölkədən deportasiya etdilər. ABŞ-da eləcə də etnik erməni Andreasyanı 1999-cu ildə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu etiraf etməyə məhkəmə üsulu ilə məcbur ediblər. ABŞ-da artıq uzun illərdir ki, Dövlət Departamenti yazılı şəkildə Ermənistanın ASQM-in (Avropada silahlı qüvvələr barədə Müqavilə) pozulduğu və “Azərbaycanın icazəsi olmadan onun ərazisində öz ordu və zirehli texnikasını” qanunsuz saxlamasını tanıyıblar. Bunu ABŞ-ın öz təşəbbüsləri ilə Azərbaycan və Azərbaycan təşkilatlarının heç bir təsiri olmadan ediblər.
- Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən Azərbaycanın AŞPA-da Rusiya deleqasiyasına qarşı sanksiyaların əleyhinə çıxış etmə qərarı, Azərbaycanda Ukrayna səfirinin kəskin tənqidinə səbəb olub. Bu barədə nə deyə bilərsiz?
- Hörmətli səfir öz tənqidində haqsızdır və çox güman ki, bunu artıq anlayıb. O şübhəsiz ki, bunu emosiyaların təsiri altında deyib. Bilirsiz, azərbaycanlılar da (düzdür, səfirlər yox, amma yenə də) Azərbaycanın Qarabağ regionunun işğalı barədə çox zaman emosional danışıblar və hələ də danışırlar.
Ümumiyyətlə, mən Ukraynanın Rusiyanı AŞPA-dan xaric etməklə nəyə nail olmaq istədiyini anlamıram. Axı AŞPA caynaqsız bir strukturdur, bəlkə də Rusiya Federasiyası rəhbərliyi bu effektsiz təşkilatın parlamentarilərini artıq dinləməli olmadıqları üçün sevinirlər.
- ABŞ-ın Azərbaycanda olan sabiq səfiri M.Brayza bu günlərdə ABŞ-ı Bakı ilə əməkdaşlıqda insan haqlarına dair ayrı-ayrı məsələlərdə diqqət cəmləyərək Vaşinqtonun strateji maraqlarını qurban verməməyə çağırıb. Bu bəyanat Vaşinqtonda bu yaxınlarda “The Washington Times” qəzeti tərəfindən təşkil edilmiş konfransda səslənən sözlərlə ahəngdar idi. Amerikalı ekspert Ueyn Meri tərəfindən səsləndirilən: “Azərbaycanın strateji asılılığının mahiyyəti ABŞ üçün azalır, rəsmi Bakı Vaşinqton ilə münasibətlərin gücləndirilməsinə maraq göstərir” kimi mövqeyi tutanlara nə deyərdiz?
- Hər iki ekspert haqlıdır. Azərbaycanın strateji mahiyyətinin Obama Administrasiyası üçün azaldığı faktı göz qabağındadır. Doğrudur, bu, ABŞ-da bəzilərinin (ermənipərəst və azərbaycanofoblar üçün) istədiyi qədər olmasa da azalıb. Yalnız obyektiv səbəblərdən deyil (Əfqanıstandan qoşunların çıxarılması, İran ilə münasibətin bir qədər yaxşılaşdırılması və Azərbaycan neft-qaz amilinin azalması), eləcə də subyektiv səbəblərdən (nə Obama, nə Bayden, nə Kerri heç bir zaman Azərbaycana, nə də türk dünyasına yaxın olmayıblar). Bu, çox güman ki, 2017-ci ilin əvvəlində, Ağ evin Azərbaycanın strateji mahiyyətinin daha yüksək, Ermənistanın emosionallığının daha alçaq görə biləcəyi yeni sahibi olduğu zaman dəyişəcək.
F.H