Almaniyanın “Bild” nəşrinin hərbi analitiki Yulian Röptske Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycana məxsus pilotsuz uçuş aparatının vurulması görüntülərinin əks olunduğu videosunun etibarsız olduğunu göstərib.
Lenta.ru-nun məlumatına görə, bu barədə Yulian Röptske “Twitter” hesabında paylaşım edib.
O, analitik videoda, əslində, mülki təyyarənin əks olunduğunu üzə çıxarıb.
“İpucu: Əgər pilotsuz uçuş aparatını vurduğunuzu iddia edirsinizsə, havadan müdafiə sisteminizin iddia etdiyi ikimühərrikli, dar gövdəli sərnişin təyyarəsini göstərməyin”, - deyə jurnalist yazıb.
Protip: If you claim to have downed a drone, don't show a two-engine narrow-body civilian airliner being aimed at by your air defense system. pic.twitter.com/ObW9Vuv13i
— Julian Röpcke (@JulianRoepcke) July 14, 2020