Jurnalist Həmid Həmidov öz “Telegram” kanalında Qarabağdakı döyüş əməliyyatları zamanı Ermənistanın hərəkətlərini xarakterizə edən bir neçə faktı sadalayıb.
Jurnalist qeyd edib ki, Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başlayanda Ermənistanın Baş naziri Nikol Paşinyanın ona sarsıdıcı zərbə vuracağı ilə hədələdiyirdi, lakin sonra isə alçaldıcı şəkildə dünyanın bütün liderlərini zəng edərək dayanmağımız üçün bizə təsir etmələrini xahiş etdi.
Üstəlik, N.Paşinyan öz həyat yoldaşını müharibəyə buraxdı və digər erməni qadınlarını, hətta uşaqlarını da ordu sıralarına cəlb etdi.
Bundan əlavə, H.Həmidov qeyd edib ki, dünyanın hər yerindən gələn erməni könüllülər, terrorçular və ilk növbədə PKK terror qruplaşmasının muzdluları aktiv şəkildə Ermənistan ordusuna cəlb edilir.
Tam mətni təqdim edirik:
“Müharibə başlayandan bəri qarşı tərəfdə nə gördük?
1. Paşinyanı, hansı ki, əvvəlcə bizi toz-duman edəcəyi ilə hədələdi və bizimlə sonadək müharibə edəcəyini dedi, sonra isə alçaldılmış vəziyyətdə dünyanın bütün liderlərini zəng edərək, dayanmağımız üçün bizə təsir göstərmələrini xahiş etdi.
2. Paşinyanın arvadını, hansı ki, ərindən fərqli olaraq orduya yazıldı. Əri də sakitcə onu orduya getməsinə icazə verdi.
3. Gülməli “babah-bah-babah” səsləri çıxaran və taxta pulemyotları olan erməni hərbçi qadınları.
4. Ermənilərin Azərbaycanın Bərdə, Gəncə, Tərtər və digər şəhərlərində qadınları və uşaqları öldürərək mülki əhalini necə bombalamağa başlamasını.
5. Var qüvvələri ilə məğlubiyyətlərini guya muzdlulara, Türkiyə ordusuna və dünyanın az qala yarısına qarşı müharibə ilə əsaslandırmağa çalışdıqlarını. Niyə? Çünki Azərbaycan ordusunun onları diz çökdürdüyünü etiraf etmək istəmirlər.
6. Eyni zamanda, terrorçu PKK-nın muzdluları, dünyanın hər yerindən gələn erməni könüllüləri onların sıralarında vuruşurlar, qonşu ölkələrdəki və dünyadakı diasporalardakı müəyyən dairələr hərbi yardım göstərir.
7. Muzdlular və könüllülər, təəssüf ki, dünyanın müxtəlif müharibələrində tez-tez tətbiq olunan bir fenomendirsə, uşaqları müharibəyə cəlb etmək bizim anlayışımızdan kənardır. Ancaq təəssüf ki, Ermənistanda buna da getdilər.
8. Araik Arutyunyanı - Qarabağın əsas separatçısı, hansı ki, uşaq bağçasında gizlənərək, Azərbaycan pilotsuz təyyarələrindən qorxaraq gözlərini səmadan çəkmədən yalan açıqlamalar verdi, sonra isə az qala dizi üstə sürünərək Rusiya Federasiyasının Prezidentinə üz tutdu.
9. Şuşan Stepanyanı - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, hansı ki, daim yalan bəyanaları, həmçinin hərbçiyə xas olmayan, xüsusilə də qadınlara qarşı təhqir dolu və zalım ifadələri ilə seçilib.
10. Artsrun Ovannisyanı - Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, hansı ki, Pegovun kamerasına daima yalan danışırdı, bəzən bu bəyanlar gülünc həddə gəlirdi.
11. Pegovun özü - Rusiya medimaqnatı Qabrelyanov tərəfindən idarə olunan erməni təbliğat maşınının baş yalançısı və fırıldaqçısı.
Əslində, sözü nəyə gətirirəm? Hər müharibədə düşmənə hörmət etmək lazım olduğunu söyləyirlər. İstənilən digər düşmən üçün bu labüddür. Ancaq bunlar barədə deyil. Yuxarıda deyilənlərdən sonra belələrinə necə hörmət etmək olar?!”.