Ermənistanın pilotsuz uçan aparatı məhv edilib.
Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Dekabrın 6-da Ermənistan silahlı qüvvələrinə məxsus kiçik ölçülü pilotsuz uçan aparat aşkarlanaraq Hərbi Hava Qüvvələri hava hücumundan müdafiə qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə dərhal məhv edilib.